Prezidentin müsahibəsinin yeri kimi fonu da dəqiqliklə seçilib
2 Avqust 2023 12:29 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyev Şuşada "Euronews" televiziyasına verdiyi intervüdə Azərbaycanın Ermənistanla danışıqlarda kimin vasitəçiliyinə üstünlük verdiyinə çox dəqiq və doğru aydınlıq gətirib: "Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahıb Alıyevin sözlərinə görə, daha çox qərbdəkilərin izlədikləri bu televiziyaya verilən intervünün yeri kimi fonu da dəqiqliklə seçilib: "Bu, hayları sivilizasiyalarından sayaraq açıq və gizli yardım edənlərin kimi, nəyi dəstəklədiklərini bir daha düşünmələri üçündür".