Gələcəkdə bu insanlar Azərbaycan vətəndaşı sayılacaq - ÖZƏL

"Qarabağdakı ermənilərə "Azərbaycan vətəndaşı" deyilməsini hansı hüquqi əsasla edirsiniz məlum deyil. Ərazi Azərbaycan ərazisi olsa da, ordakı əhali Ermənistan, Rusiya və s. ölkə vətəndaşlarıdır. Bir dənə də olsun Azərbaycan pasportu daşıyan insan orda yoxdur. Bu durumda ərazidə yaşayan insanlara hansı əsasla Azərbaycan vətəndaşı demək olar?".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, buna müəyyən xoşməramlı don geyindirmək istəyiriksə ki, gələcəkdə bu insanlar Azərbaycan vətəndaşı sayılacaq və ona görə indidən bunu deyirik, onda potensial mümkün ola biləcək Azərbaycan vətəndaşları deyin: "Həmin vətəndaş dediyiniz insanların doxsan doqquz faizi Azərbaycan adından qorxurlar, düşmən deyirlər, qalsın ki özlərini Azərbaycan vətəndaşı hesab etsinlər". 

Azər Qasımovun sözlərinə görə, onların arasındakı elələri vardır ki, ümumiyyətlə, istəsə belə Azərbaycan vətəndaşı ola bilməyəcək: "Hesab edirəm ki, həmin ermənilərə Azərbaycan vətəndaşları demək praktikası "Azərbaycan vətəndaşlığını seçəcək erməni əhali", daha da doğru "Azərbaycanın vətəndaşlığa qəbul edəcəyi erməni əhali" adı ilə əvəz edilməlidir.  Bu, daha doğru və hüquqi termindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31