Dilimizin dialekt ifadələrlə zibillənməsinə yol vermək olmaz - ÖZƏL
2 Avqust 2023 10:31 Siyasət"Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə avqustun 1-i Ana dili günü elan edilib. Elm və texnika inkişaf etdikcə dilimiz də zənginləşir, söz ehtiyatı artır. Uca millətimizin varlığının rəmzi olan Azərbaycan dilinin saflığını qorumaq hər bir azərbaycanlının borcudur". "Olaylar" xəbər verir ki, bnu millət vəkili Musa Qasımlı deyib: "1978-ci il iyulun 14-də Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev deyirdi:"Dil xalqın böyük sərvətidir.Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir... mədəniyyətin və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır... Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin dialekt ifadələrlə zibillənməsinə yol vermək olmaz. Yazılı dilin, nitq mədəniyyətinin ədəbi normasının qanunvericisi olmalıdır. Təəssüf elə yazıçılar var ki, bu tələblər səviyyəsində dura bilmirlər.Üstəlik ayrı-ayrı yazıçılar təkcə danışıqlarında yox, həm də əsərlərində dil xətalarına yol verirlər".