Prezident: Ermənistan iddialarını kənara qoysa, tezliklə sülh variantını tapa bilərik
1 Avqust 2023 22:23 SiyasətƏgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib.
"Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə. hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik", - deyə Prezident İlham Əliyev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31