Separatçıların qanunsuz hərbi daşımalarını Rusiya sülhməramlıları müşayiət edir - VİDEO
1 Avqust 2023 16:14 SiyasətSosial şəbəkələrdə erməni separatçıların Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazisində qanunsuz hərbi daşımalarını əks etdirən görüntülər yayılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, kadrlardan bəlli olur ki, rusiyalı sülhməramlılar qanunsuz hərbi daşımaları gerçəkləşdirən erməni hərbi birləşmələrini müşayiət edirlər.
Sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.
Həmin kadrları təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31