Paşinyan ya Ankaranı dinləyib sülhə imza atacaq, ya da Fransanın təhriki ilə toqquşmaya gedəcək

"Ermənistan Azərbaycanla şərti sərhəd istiqamətində Hindistandan tədarük etdiyi "PİNAKA" artilleriyasini yerləşdirməklə, danışaqlarda müəyyən üstünlüklər əldə etmək üçün təxribatlara gedə bilər. Baş verə biləcək hərbi toqquşma Hindistan silahlarının Rusiya silahlari kimi Bakıda sərgiləməsi ilə nəticələnəcək. Ermənistanı qızışdıran və  sülhün yayındıran Fransa regionda Türkiyənin geosiyasi mövqeyinin qarşısinı almağa çalışır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə Ermənistanın siyasi hakimiyyətinə təsir edir: "N. Paşinyan ya Ankaranı dinləyib, sülhə imza atacaq, ya da Fransanın təhriki ilə toqquşmaya gedəcək. Birinci variant Ermənistanın, ikinci variant isə, Fransanın maraqlarina xidmət edir. N. Paşinyan qeyri-standart siyasetçi olduğu üçün hansı qərar üzərində dayanacağı bir neçə aya məlum olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31