Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı
1 Avqust 2023 13:45 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev SOCAR-ın daha bir vitse-prezidentini vəzifəsindən azad edib.
"GÜN TV" xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sənədə əsasən, Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rəfiqə Hüseyn-zadə 2011-ci ildən SOCAR-da ekologiya üzrə vitse-prezident kimi işləyirdi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31