Bu ilin sentyabrında 30 ildən sonra Füzuli şəhərində ilk zəng səslənəcək
1 Avqust 2023 13:21 Siyasət"Azərbaycan Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu ilin oktyabrın 17-də Füzulidə ilk dəfə şəhər günü qeyd ediləcək. Həmin günki tədbirlərə gələn aydan öz ata-baba yurdlarına qayıdacaq sakinlərimiz də şahidlik edəcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailən Füzuli şəhərinə qayıdacaq. 260 ailənin isə avqust ayının sonlarında öz evlərinə geri dönəcəyi gözlənilir: "Bu ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb, demək olar, istifadəyə hazırdır. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Deməli, Füzuli şəhərində artıq yeni mərhələ başlamaqdadır".