Moskvanın iştirakı ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilərmi? - ÖZƏL
26 İyul 2023 12:26 Siyasət"Bakı və İrəvan arasında mümkün sülh mahiyyətli müqavilənin Moskvanın iştirakı ilə imzalanması, ancaq bu müqavilənin Qərb platformasında imzalananacağı qaçılmaz hala gəldiyi vəziyyətdə prosesi nəzarətdə saxlamaq, qabaqlamaq məqsədi ilə mümkündür". "Olaylar" xəbər verir ki, bunu hüquqşünaq Vüqar Dadaşov deyib. Bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını mümkünsüz vəziyyətə gətirmək üçün bütün imkan və vasitələrdən istifadə edəcək: "Əgər Moskvanın iştirakı olmadan Bakı və İrəvan arasında sülh mahiyyətli müqavilə imzalanarsa həmin müqavilənin dayanıqlı və işlək olacağı ehtimalı çox azdır. Əlbəttə ki, Rusiyanın ata biləcəyi addımlar Azərbaycan və Türkiyənin qətiyyətindən, Rusiyanın Ukraynadakı müharibəsindən və Rusiya daxilindəki siyasi vəziyyətdən asılıdır".