Xankəndində etirazçıların Azərbaycan əleyhinə çığır-bağırları sadəcə göstərişdir - ÖZƏL

"Dünən Xankəndində mitinq keçirib Azərbaycanın tərkibində yaşamayacaqlarını bildirənləri əslində mən anlayıram. Görünür digər soydaşları kimi indi də Marselə, Kaliforniyaya, bərk ayaqda lap Krasnodara yerləşdirilmələrini istəyirlər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahıb Alıyev deyib: "Ədalət naminə deyək ki, adı çəkilən yerlərdəkilər Qarabağda və Ermənistandakı haylarla, haydillilərdən qat-qat yaxşı yaşayırlar. Xankəndində mitinqə çıxan və çıxarılanlar  ötən əsrin  sonundakıların təkrarlanmayacağını  anladıqları kimi  bundan da gözəl xəbərdardırlar. Ona görə də onların Azərbaycan əleyhinə çığır-bağırları sadəcə göstərişdir. Bu, aysberqin görünən tərəfidir. Görünməyən tərəfdə Marselə, Kaliforniyaya, Krasnodara getmək arzusu gizlənir. Necə deyərlər, xoş gedəcəksiniz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31