Üçtərəfli görüşdə Lavrovun qulağına nə dedilər? - VİDEO
26 İyul 2023 10:13 SiyasətÖtən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə maraqlı anlar yaşanıb.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bu, Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışa başlamağa hazırlaşması zamanı olub.
Belə ki, Rusiyanın nümayəndə heyətində yer alan diplomat Lavrova "Dağlıq Qarabağ" sözünü işlətməməsini deyib:
"Keçmiş Dağlıq Qarabağ termini azərbaycanlıların xoşuna gəlməyə bilər. Erməni həmkarlara üstörtülü deyərik".
Həmin anın videosunu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31