Moskva sülh sazişinin imzalanmasına hər cür kömək etməyə hazırdır - Lavrov

"Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına hər cür kömək etməyə hazırdır".

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.

"Bugünkü görüşdən regionun ən mühüm məsələlərindən birinin - mən Cənubi Qafqazda uzunmüddətli sabitləşməni nəzərdə tuturam - həlli üçün istifadə etmək niyyətindəyik. Bunun ən qısa yolunun Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi olduğundan əminik. Bir sıra əlavə sənədlər liderlərimiz tərəfindən nəzərdən keçirilmək üçün hazırlanır", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31