Müsbət məqamlar var - Ceyhun Bayramov

Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var

Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşdə deyib.

Azərbaycan XİN başçısı bildirib ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir.

"Biz bu formatda sonuncu dəfə cəmi iki ay əvvəl görüşmüşük. O vaxtdan bəri liderlər, baş nazirin müavinləri səviyyəsində çoxlu sayda görüşlər, təmaslar olub. Xarici işlər nazirləri komandalar şəklində görüşüblər. Münaqişədən sonrakı Ermənistan-Azərbaycan nizamlanmasının müxtəlif istiqamətləri üzrə danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir", - deyə Bayramov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31