Şuşa Forumu dövlətimizin mövqeyini birinci şəxsdən eşitmək imkanı yaratdı - ÖZƏL

"9 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin 60 yerli media rəhbəri və nümayəndələrin təmsil olunduğu Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunda cənab Prezidentin üç saata yaxın vaxt ərzində çoxlu sayda jurnalistin və media subyekti rəhbərlərinin suallarını cavablandırması ölkəmizdə media sahəsində islahatların istiqamətlərini müəyyən etməklə yanaşı həm də bir çox məsələlərlə bağlı dövlətimizin mövqeyini birinci şəxsdən eşitmək imkanı yaratdı".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, bu günə kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, informasiya-kommunikasiya sahəsində fəlaiyyət göstərən nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı: "Prezident çıxışında ölkəmizdə medianın vəziyyəti, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağın işğalı, müharibədən sonra ölkəmizin yaratdığı olduğu yeni reallıqları, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövcud vəziyyəti, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işləri, eləcə də ölkəmizdə əldə olunmuş və möhkəm əsaslara söykənən sabitliyin geniş mənzərəsini nümayiş etdirmiş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31