Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb - ÖZƏL
25 İyul 2023 12:11 Siyasət"Xarici və yerli media nümayəndələrinin suallarını cavablandıran İlham Əliyev öncə forum iştirakçılarına bir daha bəyan etdi ki, üzərində gəzdikləri torpaq qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı, 30 il ərzində haylar bu şəhərin simasını mütləq dəyişərdilər. Amma Şuşa işğaldan azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə şahidlik etdi". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Anar Məmmədovun sözlərinə görə, dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı: "Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. "Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır" söyləyən dövlət başçısı İlham Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən ölkəmizlə bağlı təhlükələrin nədən ibarət olmasına münasibətində bildirdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Dövlət başçısı fikrini əsaslı şəkildə diqqətə çatdırdı".