Şuşada baş tutan Qlobal Media Forumu son dərəcədə yaddaqalan oldu - ÖZƏL

"Şuşada baş tutan Qlobal Media Forumu son dərəcədə yaddaqalan, maraqlı, möhtəşəm keçdi".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Lütvəli Şıxəliyev səsləndirib. O bildirib ki, Cənab Prezident forumda 2 saatdan artıq müddətdə həm əcnəbi, həm də yerli jurnalistlərin suallarını cavablandırdı: "Sualların məzmunu müxtəlif idi - media daxil, regionda baş verən proseslər, Qarabağ, Şuşa ilə bağlı maraqlı suallar verildi. Cənab Prezident hər bir suala ətraflı cavab verdi. Cavablarda kifayət qədər aydın, konkret mesajlar var idi. Təsadüfi deyildi ki, 3 gün davam edən foruma beynəlxalq medianın diqqəti böyük oldu. Bu, çox önəmlidir. İstər beynəlxalq mətbuat orqanlarında, istərsə də televiziya kanallarında media forumuna kifayət qədər böyük diqqət ayrıldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31