Ermənistan və Rusiya sülh istəmir - ÖZƏL

"Ermənistanın, xüsusi ilə də, Paşinyanın sülh istəməsi fikrinə həmişə şübhə ilə yanaşmışam və heç vaxt buna insnmamışam.  Paşinyanın müharibədə məğlubiyyətdən sonra vaxt qazanmaq üçün manevr etdiyi qənaətində olmuşam. Paşinyan sülhdən danışanda müharibədə və ondan sonrakı toqquşmalarda iştirak edən əsgər və zabitlərə cinayət işləri açmasını əslində müharibəyə təhrik hesab etmişəm".

Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov Ermənistan baş nazirinin Azərbaycana beynəlxalq təzyiqin göstərilməsi ilə bağlı çağırışına münasibət bildirərkən səsləndirib. Politoloq daha sonra qeyd edib:

"Məsələ ondadır ki, iki döyüşən ordudan biri məğlub olubsa və bu, açıq üstünlük şəraitində davam edibsə, bu zaman geriyə qaçan əsgərə və ya onları idarə edən zabitə cinayət işi açmaq gələcəkdə bu işi etmək istəyənlərin məcbur qarşılıq verməsini təmin etmək deməkdir. Bunun özü də müharibəyə hazırlıq kimidir bə ölümünə döyüşmək deməkdir. 

Əsgər və ya zabit əgər öləcəyini görürsə, amma geriyə yox, ölənə kimi döyüşürsə, sonra ölürsə, onu bu işə təhrik edən necə sülh istəyə bilər". 

Azər Qasımov deyib ki, Ermənistan da, Rusiya da sülh istəmir:

"Məqsəd münaqişəni zamana yaymaq və əlverişli zaman gözləməkdir. Odur ki, Azərbaycan bu danışıqları tezliklə sona çatdırıb açıq şəkildə ultimatum dilində onlarla danışmalıdır. Ya sülh, ya da müharibə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31