Ölkəmizin ictimai-siyası həyatında mətbuatın rolu əvəzsizdir- ÖZƏL

"Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür. Ölkəmizdə çoxsaylı mətbu orqan-qəzetlər, jurnallar və saytlar fəaliyyət göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəvərovanın sözlərinə görə, mətbuatımızım ölkəmizin dünyada təbliğatı işində zəhməti və ictimai-siyasi həyatdakı rolu əvəzsizdir: "44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz oldu. Nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar dolğun və obyektiv məlumatların çatdırılması mümkün oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31