Dövlət başçısının bölgələrə səfərləri sistemli xarakter alıb- ÖZƏL

"Prezident İlham Əliyevin iyulun 20-də Cəlilabad rayonuna, həmçinin Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfərləri xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Bu səfərlər bir daha təsdiqləyir ki, son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da, digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin bölgələrə səfərləri sistemli xarakter alıb. Hər səfər müəyyən yeniliklərlə, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Qeyd edək ki, son illərdə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmana əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, peşə təhsilinin yeni çağırışlara uyğunlaşdırılması, peşə təhsil müəssisələrinin rolunun və statusunun yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31