Yeni yollar ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır- ÖZƏL
21 İyul 2023 15:14 Siyasət"Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və Sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub və olunur. Beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara cavab verir: "Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Digər bölgələrimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə də bərpa-quruculuq işləri çərçivəsində diqqət göstərilən əsas məsələlər sırasında yol-nəqliyyat infrastrukturu xüsusi yer tutur. Bircə faktı qeyd etmək kifayətdir ki, bu torpaqlarda 3 beynəlxalq əhəmiyyətli hava limanın inşası nəzərdə tutulub ki, onlardan ikisi artıq tikiliib istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə istifadəyə verildi. Qarabağın hava qapısının dünyaya açılması həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır."