Paşinyan Ermənistanda ciddi şəxs olaraq qəbul edilmir- ÖZƏL

"Müharibənin başa çatmasından 3 ilə yaxın müddət keçsə də Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab vermir, müxtəlif bəhanələrlə prosesə mane olmağa çalışır. Bizim istəyimiz isə sülh, inkişaf və tərəqqidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. Onun sözlərinə görə, ağır və hərtərəfli böhranların hökm sürdüyü, dalana dirənmiş Ermənistan sülhə yox deyir: "Niyə Azərbaycanın inkşafa və tərəqqiyə aparan siyasətinə qoşulmaq istəmir? Bu suallara cavab tapmaq çox çətindir. Yeganə səbəb olaraq onu demək olar ki, hazırki Paşinyan hakimiyyətini xalq maraqlandırmır. Paşinyan yalnız və yalnız çoxstandartlı siyasət yürüdərək hakimiyyətdə qalmağı düşünür. Sonuncu Brüssel görüşündə də bir daha şahid olduq ki, Paşinyanın və Ermənistanın bir məqsədi var, o da sülhə əngəl yaratmaq". 
Deputatın qənaətincə, bununla da Paşinyan bir daha göstərir, o öz imzasına hörmət etmir, sözdə bir əməldə isə tam başqadır: "Eyni zamanda Paşinyan Ermənistanda ciddi şəxs olaraq qəbul edilmir, baxmayaraq ki saqqalı var amma sözü keçmir. Çünki saqqalı olsa da nə hörməti nə iradəsi nə də qətiyyəti var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31