Azərbaycan mətbuatı zamanın sınaqlarından uğurla keçib- ÖZƏL
21 İyul 2023 13:41 Siyasət"148-ci ildönümünü qeyd edən Azərbaycan Milli Mətbuatı ötən illər ərzində zamanın sınaqlarından uğurla keçərək bu günə qədər özünü qoruyub-saxlaya, cəmiyyətdə aparıcı qüvvəyə çevrilə bilib. Bu gün də Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşaylr". "OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, günümüzdə Azərbaycan mətbuatı öz inkişafı, tərəqqisinə görə, ümummilli lider Heydər Əliyevə, onun siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyevə borcludur: "Məhz Ulu Öndər və Cənab İlham Əliyevin mətbuata, KİV-ə göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan mətbuatı inkişaf edib. Hazırda da dövlətin mediaya olan dəstəyi, diqqət və qayğısı davam edir. Hər şeyi bir kənara qoyub, jurnlaistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün hündürmərtəbəli binaların tikilməsi və pulsuz olaraq jurnalistlərə verilməsi fonunda bu diqqət və qayğını aydın görmək olar".
Arzuman Muradlı onu da deyib ki, mətbuat, KİV-də öz növbəsində dövlətin bu diqqət və qayğısının qarşılığını verir, hər zaman olduğu kimi bu gün də fəaliyyətində dövlət və dövlətçilik maraqlarını ön planda tutur: "Təbii ki, burada söhbət sağlam, jurnalist peşəsinə sadiq olan KİV-lərdən gedir"