Erməni QHT-ləri reaksiya verdilər- ÖZƏL
21 İyul 2023 10:46 SiyasətErmənistan QHT-ləri Azərbaycan QHT-lərinin beynəlxalq təşkilatlara son müraciətinə reaksiya verdilər. Olaylar xəbər verir ki, bunu Əmək Hüquüları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib. Qeyd edib ki, üraciətdə göstərilir:
"Erməni ictimai təşkilatları siyasi manipulyasiya ilə məğul olan və Cənub Qafqazda hərbi təcavüzün güclənməsinə aparan və Ermənistan-Azərbaycan arasındakı hərbi münaqişənin sülh yolu ilə həllinə maneə törədən Azərbaycan "ekoloqlarının"bu mövqedən dərin narahat olduqlarını bildirirlər".
Azərbaycanın vətəndaş cəmiyyətini dırnaq arasında göstərən erməni qhteşniklər bu dəfə də xatırladırlar ki, Ermənistan Açıq Hökumət Partnyorluğunda (OGP) fəal iştirak edirlər və s.
Ermənistan QHT-lərinin belə yanaşması gözlənilən idi. Onlar gözlərindəki tiri nə vaxt görüblər ki? Amma gərək sifətlərini qorumaq üçün ekoloqlar sözünü dırnaqda yazmazdılar.