Separatçı qurumun tarixin zibilliyinə atılacağı günə az qalıb- ÖZƏL
20 İyul 2023 14:27 Siyasət"Xankəndidə vəziyyəti süni şəkildə gərginləşdirməyə cəhd edən separatçılar və onların havadarları mövcud reallıqlar qarşısında etdikləri hərəkətlərlə gülünc vəziyyətə düşüblər. Bu, onların son çırpınışlarıdır". Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, çarəsizlik onları ağılsız addımlar atmağa vadar edir: "Ermənistanın belə imtina etdiyi separatçı qurumun tarixin zibilliyinə atılacağı günə az qalıb. 30 illik tarixi boşa verən, heç nəyə nail ola bilməyən separatçılar hər şeyi yenidən başlamağa cəhd edirlər. Amma, zaman o zaman deyil. Bu artıq sondur. Hələlik onların taleyinin həll olunduğu dövrdür, sadəcə siyasi yox, fiziki baxımdan. Siyasi baxımdan hər şey məlumdur. Azərbaycan öz ərazisində suverenliyi həll edib".
Azər Qasımov deyib ki, fiziki baxımdan isə separatçılar özləri seçim etməlidirlər: "Görək Azərbaycan onların taleyini necə həll edəcək, yəni burda da onlar söz sahibi deyillər. Ya məhv ediləcəklər, ya da sağ qalmaq istəyirlərsə, Azərbaycanın dediklərinə əməl etməlidirlər. Azərbaycan dövləti də onların böyüyü kimi buna qiymət verəcək".