Azərbaycan mövqeyini diqtə etmək üçün yetərincə gücə və qüdrətə malikdir

"Arutyunyanlar, Vardanyanlar, Nersesyanlar  və Xankəndindəki terrorçu-quldurlar yaxşı bilir ki, onlaırn sonu gəlib. Ona görə də küçələrə çıxaraq sülh prosesinə  mane olmaq üçün əngəl yaratmağa çalışırlar. Bu işdə onlar  həm də xaricdəki "ağalarından" birbaşa təlimat alırlar. Çünki, onlar  kimlərinsə əlində bölgədə gərginliyin davam etməsində alətdirlər". Bunu deyən deputat Cavid Osmanovun sözlərinə görə, sülh danışıqları aktivləşən kimi, xarici qüvvələrin əlində alət rolunu oynayan ya Ermənistandakı revanşistlər, ya da ki, Xankəndindəki terrorçu dəstə sülh prosesini pozmaq üçün təxribatçı fəaliyyətə başlayır: "Məqsəd bölgədə gərinliyin və qeyri-sabitliyin  davam etməsinə nail olmaqdır. Hər dəfə olduğu kimi, növbəti təxribat cəhdinin ağır bədələni ödəyəcək tərəf ermənilər olacaq. Çünki hər dəfə belə təxribatlara əl atrılar və uduzan tərəf də özləri olur. Bu dəfə Xankəndidəki təxribat cəhdləri də nəticədə öz başlarında çatlamalı olacaq. Azərbaycan sülh şərtlərini irəlü sürüb və  mövqeyində israrlıdır. Mövqeyini diqtə etmək üçün yetərincə gücə və qüdrətə malikdir. Digər tərəfdən artıq beynəlxalq aləm də, Azərbaycanın şərtlərinin ədalətli olduğunu və bu təkliflər əsasında Cənubi Qafqazda  dayanıqlı sülhü, inkişafı və sıx əməkdaşlıq formatını  təmin etmək mümkün olduğundan dəstəkləyirlər. Son aylarda bütün platformalrda keçirilən danışıqlar prosesi bunu deməyə əsas verir".

İrəvanı verdiyi sülh bəyanatlarında qeyri-səmimi olmqda və sülh danışıqlarından spekulyasiya etməkdə ittiham edən deputat bildirib ki, əgər İrəvan sülh sazişinin imzalanmasında maraqlıdırsa, o zaman manipulyasiya və müxtəlif cür şoulara son verib dediklərini kağız üzərində rəsmiləşdirmək istiqamətində real addımlar atmalıdır: "Amma biz bunun əksinin şahidi oluruq. İrəvan tərəfi hər vəchlə sülh danaışıqlarından manipulyasiya edərək, prosesi uzatmağa çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh ilk növbədə üzləşdiyi çətin durumdan çıxmaq üçün erməni tərəfinə lazımdır. Azərbaycana  mövcud vəziyyət sərf edir. Azərbaycan işğldan azad etdiyi ərazilərdə sürətli bərpa işlərini həyata keçirib, ordunun daha da gücləndirilməsi istiqamətində  addımlar atır.  Bu məqsədlə büdcədən zəruri maliyyə vəsaiti ayrılır. Cari ilin büdcəsinin dürüstləşdirilməsi zamanı büdcədən Qarabağ və Şərqi Zəngəzurun bərpası, "Böyük Qayıdış"ın qısa zamanda təmin ediməsi, həmçinin ordunun gücləndirilib, modernləşdiirlməsi istiqamətində lazımi səviyyədə maliyyə vəsaiti ayırıb. Təsəvvür edin heç bir beynəlxalq maliyyə institutunun və ölkənin maliyyə dəstəyi olmadan Azərbaycan Qərbi və Şərqi Zəngəzurun bərpası olunub, "Böyük Qayıdış" proqramını icra etmək üçün  2023-cü ilin sonunadək 12 milyard manat vəsait xərcləyəcək.  Bu böyük bir məbləğ olmaqla yanaşı, həm də genişmiqyaslı işlərin aparılması deməkdir. Bütün bunlar eyni zamanda Azərbaycanın dünyaya gücünün nümayişidir. Çünki mövcud qlobal iqtisadi və maliyyə böhranın hökm sürdüyü bir zamanda  belə  bir ciddi layihələri kimsənin dəstəyi olmadan təkbaşına icra etmək asan iş deyil. Dünya birliyi də Azərbaycanın bu  gücünü və qüdrətini görüb, onunla hesablaşır. Azərbaycanın güclənməsi isə qarşıda duran bütün məqsədlərə nail olub, üzləşdiyi problemlərin həllinə də öz töhfəsini verir. Bu gün Azərbaycan təkcə iqtisadi və ordu cəhətdən güclənmir, eyni zamanda  yerləşdiyi əlverişli coğrafi məkanın imkanlarından faydalanaraq yeni dünya düzənində ciddi faktor rolunu oynamaqdadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan  Avrasiya coğrafiyasında enerji ilə yanaşı, tranzit yükdaşıma, nəqliyyat və kommunkasiya qovşağına çevrilməkdədir. Azərbaycan artıq Avrasiya coğrafiyasının yeni logistik xəritəsini müəyyən edən ölkəyə çevrilib. Bütün bunlar Azərbaycanın gücünə əlavə güc qataraq qüdrətli bir dövlətə çevirir. Azərbaycanın beynəlxalq aləmdə gücünün, nüfuzunun artması, ciddi faktora çevrilməsi, dünyanın, xüsusən də Avropanın enerji təhlükəsziliyində oynadığı rol Ermənistanla olan münaqişənin də həllində müstəsna rol oynayır. Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı irəli sürdüyü sülh təklifinin Qərb və beynəlxalq aləm tərəfdən dəstəklənməsi də məhz bununla bağlıdır.  Azərbaycanın irəli sürdüyü sülh şərtləri ədalətlidir və beynəlxalq hüquqa  söykənir. O baxımdan da Qərb son vaxtlarda Ermənistanı Azərbaycanın şərtləri daxilində sülhə təşviq edir. Ermənilər, xüsusən də  xarici güclərin əlində alət olanlar bilməlidir ki,  bu cür uğursuz təxribat cəhdlərindən nə qədər tez əl çəksələr bir o qədər yaxşı olar. Onsuz da onların arxalandıqları və əllərində alət olduqları ölkələr zamanında Azərbaycana təzyiq edib istəklərinə nail ola bilməyiblərsə, bundan sonra bu, ümumiyyətlə mümkün deyil. Onsuz da sülh Azərbaycanın şərtləri əsasında olacaq. Bunun başqa alternativi yoxdur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31