Nə qədər ki, Arutunyan Xankəndində oturub, situasiya böhranli şəkildə davam edəcək- ÖZƏL

"Qarabağda separatçıların aksiya keçirməsi nə Ermənistan tərəfindən, nə də Avropa tərəfindən ciddi qəbul edilmir. Çünki bu provakasiyalar Moskva tərəfindən idarə olunur və əsas plan separatizmin davam etdirilməsinə hesablanıb". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya prosesi davam etdirir: "Arayik Arutunyan və onun ətrafı nə qədər Xankəndində oturub, situasiya böhranli şəkildə davam edəcək. Rusiya silahlı erməni birləşmələri vasitəsilə təxribatlar reallaşdırması mümkündür. Əgər, silahlı erməni birləşmələri yaxın günlərdə təxribatlara əl atarsa, Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır. Ağdam-Xankəndi yolunun bağlanması, Rusiyanın erməniləri blokadada saxlamasıdır. Azərbaycan yalnız hərbi addımlarla prosesin həllinə nail ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31