Sülhməramlıların önündə poz verən erməni terrorçu - FOTO

Ermənistan vətəndaşı Hisus Abaxyan adlı şəxsin Qarabağda terrorçuluq fəaliyyəti ilə məşğul olmasını əks etdirən görüntü paylaşılıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, fotoları "Hərbi Azərbaycan" Teleqram kanalı yayıb.

Fotoda xüsusilə Rusiya sülhməramlılarına məxsus PDM-in görünməsi, o zirehli texnikanın "erməni mövqeyinin" yanında olması diqqət çəkib.

Bu, bir daha erməni separatçı-terrorçuların rus sülhməramlıların himayəsində fəaliyyət göstərdiyini təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31