Gəncə sakinlərinin problemlərinin həlli istiqaməində tapşırıqlar verilib- ÖZƏL- FOTO

Gəncə şəhərinin məsul şəxsləri sakinlərlə görüş keçiriblər. Görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak ediblər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Pərvin Kərimzadə məlumat verib: "Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həmkarım Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ilə birlikdə Heydər Əliyev Park-Xiyaban Kompleksində sakinlərlə görüşdük, onların müraciətlərini dinlədik. Səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31