Bu ölkə də Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşuldu
19 İyul 2023 17:52 SiyasətAvropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi daha bir ölkənin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarına əsasən Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına qoşulacaq.
"Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır", - qərarda deyilir.
Qeyd edək ki, məlumatda o bildirilir ki, qərar qəbul olunduğu gündən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31