"Çünki Qarabağ Azərbaycandır" - Abramyan

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və onunla hesablaşmaq məcburiyyətindədir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı saxta separatçı rejimin nümayəndələrinin hansısa etiraz aksiyaları keçirməsinin əhəmiyyəti yoxdur:

"Əvəzində Ermənistanın beynəlxalq tərəfdaşları üçün Paşinyanın Qarabağın Azərbaycanın suveren ərazisi olması barədə bəyanatları daha qəbulediləndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31