Bərzaninin Azərbaycana səfəri və keçirilən görüşlər hər iki tərəf üçün faydalıdır - ÖZƏL
19 İyul 2023 17:05 Siyasət"İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana səfəri və keçirilən görüşlər hər iki tərəf üçün faydalıdır". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında qeyd olunub.
"OLAYLAR"-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, iki tərəf arasında xüsusilə enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq etmək mümkündür:
"Məlum olduğu kimi hər iki ölkə zəngin yeraltı sərvətlərə, neft və qaza malikdir. İraq neftinin Avropa bazarlarına çıxarılmasında Azərbaycan bu ölkə üçün tranzit ölkə rolunu oynaya bilər. Heç şübhəsiz ki, Bakıda keçirilən görüşlərdə sözügedən məsələ ətrafında da fikir mübadiləsi aparılıb".
Analtik Qrupdan o da bildirilib ki, İraqla Azərbaycan arasında tarixi köklərə bağlı olan əlaqələr də mövcuddur: "Məhz bu bağlılıq da Azərbaycanla İraq Kürdüstan Regionu ilə əlaqələrin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir".