Xankəndi və Xocalı de-fakto Azərbaycanın nəzarətindədir- ÖZƏL

"Rusiyanın hərbi-siyasi dəstəyi ilə Ermənistan Azərbaycana qarşı apardığı işğalçı müharibədə 20% əraziləri işğal etmişdi. Dörd il qanlı müharibədə Ermənistan döyüşlərdə qalib gəlmişdi. Ermənistanın 30 il ərzində əlində saxladğı əraziləri Azərbaycan 44 gün ərzində geri aldı. Bunula da Ermənistanın dörd il apardığı müharibə hədər gedir". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, təkcə hərbi deyil, 30 il ərzində bütün diplomatik və siyasi cəhətdən apardığı mübarizə fiaskoya uğradı. Bu illər ərzində formalaşdırdığı qalib ədası yerlə bir olaraq, kapitulyasiyaya getdi. Bu müharibədə Ermənistan deyil, Rusiyada  hərbi və siyasi məğlubiyyətə uğradı: 
"Həm Ermənistan, həm də Rusiya Azərbaycan və Türkiyə tandemi qarşısında ağır məğlubiyyətə düçar oldu. Azərbaycan yaxın perspektivdə Xankəndi və Xocalı üzərində üç rəngli bayrağını qaldıracaq. Onsuz da de-fakto Azərbaycanın nəzarətindədir. Bundan sonra Rusiyanın bütün addımları öz əleyhinə işləyəcək. Rusiyanın Qarabağdan çıxmamaq variantı yoxdur. Rusiyanın Qarabağda ermənilərdən istifadə etməsi, prosesi mürəkkəbləşdirə bilər. Amma, həlledici olmayacaq. Ermənistana gəldikdə isə, Ermənistan rəhbərliyi artıq Qarabağı tam Azərbaycan ərazisi kimi tanıyır. Bu məsələ onlar üçün bağlanıb. Rusiya XİN anti-Azərbaycan bəyanatı, sülh prosesinə qarşı mövqe ortaya qoyması hər keçən gün Moskvanın regionda dayaqlarını laxladır. Rusiyanın qatarı 44 günlük müharibə başlayanda getmişdi. Gedən qatarı, geri qaytarmaq mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31