Mətbuat cəmiyyətin güzgüsüdür- ÖZƏL

"Mətbuat cəmiyyətin güzgüsüdür. Mətbuat nümayəndələri ölkədə baş verən prosesləri obyektiv və qərəzsiz şəkildə cəmiyyətə çatdırmalıdır. Hesab edirəm ki, günümüzdə Azərbaycan mətbuatının böyük bir qismi bu missiyanı uğurla həyata keçirir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov səsləndirib. Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyini deyən Vüsar İsmayılov mediaya göstərilən dövlət qayğısından da danışıb:

"Bu gün Azərbaycan mətbuatı hərtərəfli olaraq dövlət qayğısı ilə əhatələnib. Jurnalistlərin sosial mənzil şəraiti yaxşılaşdırılıb, onların müəyyən bir qismi mənzillərlə təmin olunub. Eyni zamanda ölkədə fikir və söz azadlığı ən yüksək səviyyədə təmin edilib və bu proses birbaşa dövlətin, şəxsən dövlət başçısının diqqətində olan məsələdir. Hesab edirəm ki, Azərbaycan mətbuatı bundan sonra da inkişaf edəcək, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31