Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gələcək
19 İyul 2023 14:36 SiyasətÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gələcək.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşündə deyilib.
Qeyd edilib ki, hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.
Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31