Ölkənin suverenliyinin təmin etməsi üçün güclü orduya malik olması vacib şərtdir- ÖZƏL

"Ordumuzun müasirləşdirilməsi, mövcud hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi və yenilərinin yaradılması, azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinin tam əmin-amanlıq və sabitlik şəraitində aparılması, "Böyük qayıdış" proqramı çərçivəsində öz tarixi yurd yerlərinə daimi yaşayış məqsədilə geri dönən insanlarımızın təhlükəsiz həyat şəraitinin təmin olunması üçün vacibdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Beynəlxalq hüquq normalarının getdikcə daha çox və tez-tez pozulduğu, böyük dövlətlər tərəfindən bu hüququn əsas prinsiplərini təşviq edən beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar etinasızlıq göstərildiyi müasir dünyada bir ölkənin özünün suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının azadlılqlarını təmin edə bilməsi üçün güclü orduya malik olması vacib şərtdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31