Dağıdılmış Gənclər Parkının aqibəti necə olacaq? – ÖZƏL-FOTOLAR

Ölkənin bütün bölgələrində tiknti-quruculuq işləri aparılmaqdadır. Xüsusən işğaldan azad edilmiş ərazilərimiz tikinti bumu yaşamaqdadır. Çox təəssüf ki, bəzi rayonlarda dövlət hesabına ərsəyə gətirilmiş park və istirahət sahələri baxımsızlıq ucbatında dağlıb gedir. "Olaylar" xəbər verir ki, Yardimli Rayonu Gənclər Parkı məhv olmaq üzrədir. Məsələ orasındadır ki, sözügedən parkın baxımsız və dağılmış vəziyyəti yerli orqanları narahat etmir. Halbuki rayonda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün başqa şəriat də yoxdur. Yerli sakinlər bildiriblər ki, Gənclər Parkının yararsız vəziyyətə düşməsi rayon sakinlərini narahat edir. Rayonda belə bir parkın olması insanların normal istirahətində mühüm rol oynamaqla yanaşı, həm də əraziyə gözəllik gətirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31