Qarabağda dövlət əleyhinə ixtişaşları təşkil edənlər haqqında cinayət işi açılmalıdır - ÖZƏL

Artıq bir neçə gündür ki, separatçılar Qarabağda, Xankəndində qeyri-qanuni hərəkətlər edir, icazəsiz aksiya keçirirlər. Separatçıların aksiya keçirdikləri ərazi Azərbaycan ərazisi hesab edildiyindən Azərbaycan dövlətinin icazəsiz şəkildə keçirilən aksiyaya müdaxilə etmək, onun qarşısını almaq haqqı, hüququ var. Elə QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy da belə düşünür.

"OLAYLAR"-ın xəbərinə görə, Nazim Cəfərsoy deyib ki, Azərbaycan Qarabağda dövlət əleyhinə ixtişaşları təşkil edənlər haqqında ölkə  qanunvericiliyinə uyğun olaraq cinayət işləri açmalı və bu ixtişaşlarda iştirak edənlərə isə Azərbaycan vətəndaşlığı verilməyib ölkədən xaric  ediləcəklərini elan etməlidir. Onun sözlərinə görə, dövlətin əlaqədar qurumları bu adamların siyahısını tutmalı, Laçın məntəqəsindən Ermənistana keçəndən sonra ölkəyə qayıtmalarına imkan verməməlidir:
"Qoy gedib  İrəvan küçələrində  ixtişas keçirsinlər, bax onda İrəvan polisi onlara çox şeyi başa salacaq!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31