ABŞ ilə Azərbaycan arasında dövlət tərəfdaşlığı proqramının 30-cu yubiley konfransı keçirilib
18 İyul 2023 23:10 SiyasətABŞ ilə Azərbaycan arasında dövlət tərəfdaşlığı proqramının 30-cu yubiley konfransı keçirilib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə bildirib.
"Azərbaycanla ABŞ arasında dövlət tərəfdaşlığı proqramının 30-cu yubiley konfransına qatılmaqdan şərəf duydum və məmnun qaldım. Qonaqpərvərlik, güclü və sarsılmaz əlaqələrə görə, ABŞ Milli Qvardiyasına təşəkkür edirəm", - deyə o bildirib.
Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin hərbi attaşelər iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31