Şahin Mustafayevə yeni vəzifə həvalə edilib

Prezident İlham Əliyev "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, sərəncamda deyilir:

"Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1066) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Azərbaycan Respublikası Baş nazirinin müavini" sözlərindən əvvəl "Şahin Mustafayev -" sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri".

3. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri" abzasının sonundan nöqtə işarəsi çıxarılsın və həmin abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31