Narkomanlığa Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib
18 İyul 2023 19:09 SiyasətNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə imzaladığı sərəncamda əksini tapıb.
Komissiyada "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri" "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru" ilə əvəz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31