Elçin Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib - SƏRƏNCAM
18 İyul 2023 17:06 SiyasətPrezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Qeyd edək ki, dövlət başçısının imzaladığı digər sərəncamla Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31