Uqandanın sədrliyindən sonra Qoşulmama Hərəkatına sədrlik Özbəkistana keçəcək - Ceyhun Bayramov

Uqandanın sədrliyindən sonra Qoşulmama Hərəkatına sədrlik Özbəkistana keçəcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasının bağlanış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclası təşkilata üzv olan bütün ölkələrin ümumiliyini və əməkdaşlıq ruhunu nümayiş etdirdi.

"Bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu çağırışların aradan qaldırılmasında mühüm rol oynayır.

Azərbaycan bundan sonra da bu təşkilatın maraqları naminə, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək", - deyə C. Bayramov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31