Makron üçün siyasi dərs- ÖZƏL
6 İyul 2023 14:56 Siyasət"İlham Əliyevin son fikirləri Makron üçün əsl siyasi dərsdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Fransa prezidenti İlham Əliyevin haqlı tənqidlərindən düzgün nəticə çıxarmalıdır: "Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına üzv olan ölkələrin liderləri İlham Əliyevlə eyni mövqedən çıxış edib qlobal həmrəylik nümayiş etdirərlərsə, o zaman Fransa kimi özünü dünya gücü, hegemon hesab edən ölkələr də yeni müstəmləkəçilik siyasətindən əl çəkməyə məcbur olar, o cümlədən islamofobiyanı və irqçiliyi qızışdırmağa cəsarət etməzlər. Bu mənada, bu gün qlobal həmrəylik dünya xalqları üçün vacib amildir. Dünyada ədalətin bərqərar olmasını istəyən bütün qüvvələr Azərbaycan liderinin qlobal həmrəylik təşəbbüslərini dəstəkləməlidirlər".