Qələbəmiz beynəlxalq hüququn və ədalətin zəfəridir- ÖZƏL

"Hazırkı dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir". Olaylar xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Dövlət başçısı İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünün mühüm hadisələri sırasında 2020-ci ildə tarixi Zəfərə imza atmağımızı xüsusi qeyd etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Qələbəmiz beynəlxalq hüququn və ədalətin zəfəridir. Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan hazırda bir sıra mühüm çağırışlarla üz-üzədir. Bu baxımdan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü hazırkı dövrün əsas çağırışlarının və gələcəkdə atılması vacib olan addımların müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Quruma sədrliyi dövründə üzv ölkələrin birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə nail olan dövlət başçısı İlham Əliyevin gələcəklə bağlı təklif və təşəbbüslərinə dəstək Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında yeri və rolunun aydın mənzərəsini yaradır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31