İlham Əliyevin təşəbbüsləri daim dəstək qazanıb- ÖZƏL
6 İyul 2023 14:53 Siyasət"Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də 2021-ci və 2022-ci qurumun Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətləri sırasındadır". Olaylar xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda qurumun qadınlar platformasının yaradılması üzərində işlər gedir. İnstitusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq. Azərbaycan, həmçinin postpandemiya dövrü haqqında düşünməli oldu. Bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı, ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb."