Belçikalı deputat Qubaya səfər edib- ÖZƏL
6 İyul 2023 14:52 SiyasətÖlkəmizdə səfərdə olan belçika deputat Qubaya səfər edib.Olaylar xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib:
"Belçika Federal Parlamentinin yəhudi əsilli deputatı Maykl Frelixlə Qubada dağ yəhudilərinin kompakt formada yaşadığı Qırımızı qəsəbəyə səfər etdik. Qırmızı qəsəbədəki sinaqoqları ziyarət etdik.
Maykl bildirdi ki, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların birgə harmoniyası barədə çox eşitmişdi, ancaq buna öz gözləri ilə şahid olmaq istədiyi üçün Azərbaycana səfər edib. O, bildirdi ki, öz ölkəsinə geri qayıdaraq Avropada bu cür multikultuarlizimin mövcudluğu barədə məlumat verəcək. Ümumilikdə Qubaya səfərimiz çox faydalı və gözəl keçdi. Qeyd edim ki, yəhudilərdə belə ənənə var ki, sinaqoqa daxil olan hər kəs başına kiçik kipanı qoymalıdır".