Danışıqlar vaxt uzatmaq üçün əsas məqsəddir- ÖZƏL

"Müxtəlif platformalarda sülh danışıqları adı altında görüşlərin keçirilməsi vaxt uzatmaq üçün əsas məqsəddir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  bu görüşlərin heç bir əhəmiyyəti yoxdur, olmayacaq da:

"Bu günə kimi Azərbaycan nə əldə edibsə, öz gücünə həll edib. İndi də belə olmalıdır. Nə vasitəçi tərəflər, nə də erməni tərəfi problemləri həll edən deyil. Azərbaycan öz gücünə öz problemini həll etməlidir. Beynəlxalq hüquq Azərbaycanın yanındadır. Sadəcə bunu beynəlxalq qanunlar fonunda etmək lazımdır ki, Azərbaycan da bunu edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31