Fransanın belə bir imtiyazı yoxdur - Fərid Şəfiyev

Fransanın başqa ölkələrin problemlərini müzakirə etmək və eyni zamanda Azərbaycanı onların problemlərini müzakirə etdiyinə görə qınamaq imtiyazı yoxdur.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunan tədbirdən sonra keçirilən mətbuat konfransında deyib.

"İstənilən ölkənin başqa ölkədə yaranan hər hansı problemi müzakirə etmək hüququ var. Bu gün Fransa Afrika və ya Ərəb ölkələrindən gələn miqrantlara qarşı ayrı-seçkiliyi davam etdirir. Hətta səfər edən ölkələrin bəziləri bu məsələləri özləri də qaldırmağa davam etməyi xahiş etdilər",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31