Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir - Jan Viktor Kastor

Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda tədbir sonrası keçirilən mətbuat konfransı zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jan Viktor Kastor deyib.

"Jurnalistlərə işlərini görməyə mane olurlar. Makronun siyasəti tamamilə öz xalqı tərəfindən belə qəbul edilmir. Fransa da nə insan haqları nə də söz azadlığı var. Fransa heç bir zaman demokratik ölkə olmayıb. Sadəcə demokratiyanı satır",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusuna həsr olunmuş tədbir keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31