Hərbi Doktrinaya dəyişiklik təklif edildi
6 İyul 2023 12:43 Siyasət"Azərbaycan torpaqlarını işğaldan azad edib və "Azərbaycan Respublikasının Hərbi doktrinası"nda dəyişikliklərin vaxtıdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Elşad Mirbəşir bildirib. "Bəzi ölkələrin hərbi doktrinaları hər il, iki ildən bir dəyişir. Azərbaycanın da dəyişən dünyada yeni reallıqlara uyğun hərbi doktrinasına dəyişikliklər edilməsi lazımdır. Artıq Azərbaycana qarşı olan təhlükələr də dəyişib. Ona görə dəyişikliyə ehtiyac var. Azərbaycana təhlükə olan ölkələrin adı da Hərbi doktrinada yer almalıdır. Bunlardan biri Fransa olmalıdır",- deyə deputat təkliklə çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31